AraşdırmaManşet

Vilyam Hacıyevin yeni mülkləri üzə çıxdı: 10 milyonluq əmlakı həyat yoldaşının adını keçiribmiş- SİYAHI

Bir müddət əvvəl DTX-nın keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin sərvətlərinin yeni siyahısı yayılıb. JAMAZ.İNFO xəbər verir ki, blogger Həbib Müntəzirin araşdırması nəticəsində ortaya çıxan mülklərin sabiq icra başçısının həyat yoldaşının adına keçirdiyi məlum olub.

Blogger yazır ki, Vilyam Hacıyevin “kirayədə qalıram” deməsinin səbəbi də mülklərin rəsmi olaraq ona aid olmaması ilə bağlı olub. Siyahı isə aşağıdakı kimidir:

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində (Milyonerlər Məhəlləsi) yerləşən fərdi ev (orta bazar dəyəri – 1 852 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri – 275 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş “BMW X5” markalı, “90-CM-200” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat)

– Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş “Land Rover” markalı, “90-KH-900” dövlət qeydiyyat nömrəli minik avtomobili

– İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “BMW 740-İ” markalı, “10-AZ-369” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “Bentley Continental GT” markalı, “10-PR-777” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)

Xatırladaq ki, Vilyam Hacıyevin hazırda məhkəməsi gedir. Onun 5 milyon manatdan çox daşınmaz əmlak və daşınan əmlakına həbs qoyulub. Özünü də rüşvətxorluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 10 il yaxın həbs gözləyir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button