ManşetÖlkə içi

“Wolt” şirkətinin kuryerləri etiraza qalxdılar: “Maaşımızı artırın”

“Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb. Onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar. JAMAZ.İNFO-nun işçilərə istinadən verdiyi məlumata əsasən, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb.

Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var. “Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, – deyə çağırışda bildirilir.

Hər gün səhərdən-axşama “şeytan arabasıyla” yollarda şütüyən kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər. İşçilər birlikdə olmağın yaratdığı gücdən əmindir: “Kiçik qar dənəcikləri böyük qar topaları yarada bilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button