ManşetSosial

Xaçmaz Qaz İstismarı İdarəsi binadan çıxarılıb: qapısını qıfıllayıblar – FOTOLAR

“Azəriqaz” ASC-nin Xaçmaz rayon Qaz İstismarı İdarəsi binasız qalıb. JAMAZ.İNFO jurnalist Cəmil Məmmədliyə istinadən xəbər verir ki, buna səbəb idarənin icarəyə götürdüyü binanın aylıq icarə haqqını ödəyə bilməməsidir.

Jurnalist bildirib ki, bu gün səhərdən etibarən icarədar İdarə rəhbərliyinə binaı boşaltmağı tələb edib. Belə ki, binanın sahibi bu gün səhər gələrək, idarənin iki il öncə təyin edilmiş müdiri Hüseyn Şirinovdan binanı tərk etmələrini istəyib. Qısa danışıqdan sonra bina boşaldılıb və idarənin qapısına qıfıl vurulub.

Maraqlıdır ki, ölkədə ən böyük dövriyyəsi olan şirkətlərdən olan “Azəriqaz” ASC-nin Xaçmazdakı idarəsi indiyədək sabit binaya sahib olmayıb. Məlumata görə, idarə işçiləri və rəhbərliyi indiyə qədər Xaçmazda müxtəlif yerləri icarəyə götürməklə işlərini həyata keçiriblər. Hər dəfə də binanın icarə haqqı ödənilmədiyinə görə, binadan çıxarılıblar. Yəni, bu ilk hadisə deyil.

Qeyd edək ki, Xaçmaz Qaz İstismarı İdarəsi dövlət qurumu sayılır. Dövlət qurumunun isə sabit ofisi olmalı və işlərini də oradan yürütməlidir. Lakin nə hikmətdirsə, Xaçmaz Qaz İstismarı İdarəsi icarə yerlərdə oturmaqla kifayətlənib və indiyə qədər sabit bina sahibi olmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button