ManşetÖlkə içi

Xocalı ərazisində 4 erməni terrorçusu ölüb, 19-u yaralanıb

Erməni tərəfi bir qədər əvvə bəzi iddialarla çıxış edib. JAMAZ.İNFO “Sputnik Armeni” Agentliyinə istinadən xəbər verir ki, bu gün günorta saatlarından sonra Xocalı rayonunun Fərrux və Pirlər kəndləri, habelə Qaraqlux yüksəkliyi yaxınlığında 14 erməni terrorçu yaralanıb. 

Həmin məlumata görə, yaralı terrorçulardan ikisinin vəziyyəti ölümcüldür. Digər ikisinin isə vəziyyəti ağır hesab edilir. Qalan 10 terrorçu isə yüngül yaralanıb.

Bundan başqa, sözügedən ərazidə 4 erməni terrorçunun meyidi aşkarlanıb. Dünən axşam isə daha 5 erməni terrorçusunun yaralandığı məlum olub.

Erməni tərəfi iddia edir ki, guya, hadisənin səbəbkarı Azərbaycan Ordusudur. Lakin Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, mart ayının 24-dən etibarən Azərbaycan Ordusu Qarabağın şərq hissəsində mövqelərin və dislokasiya yerlərinin dəyişdirilməsi prosesinə start verib. Bu zaman hər hansı insident qeydə alınmayıb və Ordumuz silah tətbiq etməyib. Prosesin dinc məcrada getdiyi vurğulanır.

Görünür, qanunsuz erməni silahlı dəstələrinin özləri arasında silahlı insident yaşanıb. Nəticədə, bu qədər itkiyə məruz qalıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button