GündəmManşet

Xocavənddə ermənilər Azərbaycan Bayrağını təhqir etdi- VİDEO

Bu gün sosial şəbəkələrdə ermənilər video paylaşıblar. JAMAZ.İNFO xəbər verir ki, videonu paylaşanlar Xocavənd rayonunda fəaliyyət göstərən “Avo” adlı futbol klubunun üzvlərdir.

Belə ki, onlar oyuna çıxarkən qapının önünə Azərbaycan Bayrağını sərərək, onun üzərindən keçir, ayaqqablarını təmizləyir, hətta şərəfsizcəsinə tüpürürlər.

Qeyd edək ki, Xocavənd rayonu Azərbaycan ərazisidir. Ermənilərin orada Azərbaycan Bayrağını nümayişkaranə şəkildə təhqir etməsi və bunu “qürur”la paylaşması utancvericidir. Rəsmi Bakı bununla bağlı mütləq tədbir görməlidir. Bölgədəki rus sülhməramlılarından rica etməməlidir. Kiçik bir qrup göndərib, həmin şərəfsizləri qulaqlarından tutaraq gətirməli və layiqli cəzasını verməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button