GündəmManşet

Zəngəzurda erməni sərhəddçilərinin silahları yığılır, bir strateji mövqe isə Azərbaycana verilib? – İRƏVANDA ARA YENƏ QARIŞDI

Ermənistanda maraqlı proseslər baş verir. Xüsusən Azərbaycanla sərhəddə yerləşən Zəngəzurda (Sünik vilayətində) baş verənlər diqqət çəkməkdədir. JAMAZ.İNFO xəbər verir ki, hələ bir neçə gün əvvəl Ermənistan ordusu Qubadlı və Zəngilan istiqamətlərində Azərbaycan mövqelərini atəşə tutmuşdular.

Dövlət Sərhəd Xidməti bununla bağlı açıqlama yayaraq bəyan etmişdi ki, adekvat cavab vermək istəsələr də, bölgədə olan rus sülhməramlılarının xahişi ilə zəruri addım atmayıblar. Lakin xəbərdarlıq edilib ki, əgər bir də belə hal yaşanarsa, sərt bir şəkildə cavab veriləcək.

Qeyd edək ki, bu gün səhərdən etibarən Ermənistanda daha iki maraqlı xəbər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, birinci xəbəri rahib Artur Ayvazyan yayıb və o, bildirib ki, Zəngəzurda erməni sərhədçilərindən silahlar yığılır. Yaydığı videoda rahib adlanan Ayvazyan qeyri etik ifadələrlə Nikol Paşinyanın əmri ilə Zəngəzurdaki sərhədçilərdən silahların alındığını vurğulayıb və v

əziyyətdən narahat olduğundan Paşinyanı söyərək təhqir edib.

İkinci xəbəri isə bir müddət əvvəl Ermənistandan deportasiya edilmiş Qazaxıstan vətəndaşı olan Andranik Ovenesyan yayıb. “Orbeli” təşkilatının keçmiş eksperti də bildirib ki, Ermənistanın hazırkı hakimiyyəti Sünik vilayətində strateji mövqelərdən birini Azərbaycan tərəfinə verib. Lakin o, söhbətin konkret olaraq hansı strateji mövqedən getdiyi barədə məlumat verməyib.

Bildirək ki, yayılan xəbərlərlə bağlı Ermənistan Müdafiə Nazirliyi bu gün səhər məlumat yayıb. Onlar ənənəvi olaraq xəbərləri təkzib ediblər və deyilənləri yalan adlandırıblar.

Azərbaycan tərəfi isə məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button