ManşetSiyasət

Zakaryan: “Tezliklə Ermənistanın cənubunu və Qarabağı itirəcəyik”

Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan ölkəsinin gələcəyi ilə bağlı pessimist açıqlamalar verib. JAMAZ.İNFO xəbər verir ki, o, hazırda dünyada və regionda baş verən hadisələrin Ermənistanın xeyrinə olmadığını bildirib.

Zakaryan deyib ki, vəziyyət o qədər gərgindir ki, bir müddət sonra bir sıra ərazilərin itirilməsi ilə üzləşə bilərlər. “Vəziyyət heç də yaxşı deyil. Demək olar ki, şansımız yox dərəcəsindədir. Tezliklə Qarabağı və Ermənistanın cənubunu itirmək təhlükəsi ilə üz-üzə qalacağıq”.

Keçmiş nazir müavini vəziyyətdən çıxış yolu kimi, əhalinin ayağa qalxmasını, davamlı aksiyaların keçirilməsini və orduda təcili islahatların aparılmasını göstərib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button