Media

Əfqan Sadıqovun vəziyyəti necədir? – Ailəsi komada olduğunu, Ombudsman aparatı isə bu gün onunla görüşdüyün deyir

Hazırda həbsdə olan jurnalist Əfqan Sadıqov 80 günlük aclıq aksiyasından sonra koma vəziyyətinə düşüb. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib.

O deyib ki, uzunmüddətli aclıq aksiyasından sonra Əfqan Sadıqov saxlanıldığı müəssisədə ağır duruma düşüb və onu xəstəxanaya yerləşdiriblər.

Ombudsman Aparatından isə bildiriblər ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Əfqan Sadıqovun səhhəti və hüquqlarının təmini ilə bağlı müraciətlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir.

Ombudsmanın tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən yanvarın 25-də həmin müəssisəyə keçirilən başçəkmə çərçivəsində Əfqan Sadıqov növbəti dəfə qəbul olunub. Konfidensial qəbul zamanı o, barəsində olan cinayət işi və məhkəmənin hökmündən narazılığını əsas göstərərək qida qəbulundan imtinanı davam etdirdiyini bildirib. “Müəssisədə həkimin iştirakı ilə Əfqan Sadıqovun sağlamlıq vəziyyəti müzakirə olunub və onun səhhətinin nəzarətdə saxlanılması məqsədilə müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Hazırda o, koma vəziyyətində deyil, ona lazımi tibbi xidmətlər göstərilir və qəbul zamanı tibbi ximətlərdən narazılığının olmadığını bildirib.

Əfqan Sadıqov müraciətlərinin araşdırılmasına və vəziyyətini diqqətdə saxladığına görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.

Qeyd olunmalıdır ki, Əfqan Sadıqov saxlandığı ilk günlərdən MPQ-nin üzvləri tərəfindən qəbul olunub, səhhəti nəzərə alınmaqla Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi təmin edilib. Müalicə Müəssisəsinə köçürüldüyü gündən isə səhhəti gündəlik nəzarətdə saxlanılıb, kütləvi informasiya vasitələrinə də bu barədə məlumatlar verilib”.

Məlumatda deyilir ki, Əfqan Sadıqovun məsələsi ilə bağlı Ombudsman tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə müraciətlər də edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button