Media

ABŞ səfiri: “Media haqqında” yeni qanunun qəbul edilməsi forması məyusluq doğurur”

“Media haqqında” yeni qanunun qəbul edilməsi forması məyusluq doğurur. Qanun layihəsi üzərində iş zamanı sənədin təkmilləşdirilməsi məqsədilə bütün maraqlı tərəflərin fikirləri və ekspertlərin təklifləri nəzərə alınmayıb. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger deyib.

O bildirib ki, ABŞ Səfirliyi hökumət rəsmiləri, KİV və jurnalistlərlə sıx əlaqədədir. “Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik. Çox şey bu qanunun təcrübədə necə tətbiq ediləcəyindən asılı olacaq. Hakimiyyət ondan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi – mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button