Media

Aytən Məmmədova MEDİA-ya dəvət olunub

Medianın İnkişafı Agentliyi jurnalist Aytən Məmmədovaya bıçaqlı hücumu nəzarətdə saxlayır. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDIA) rəhbəri Əhməd İsmayılov bildirib.

MEDİA rəhbəri jurnalistlə əlaqə saxlanıldığını söyləyib: “Aytən Məmmədova bu gün Agentliyə dəvət olunub. Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələ barədə Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button