Media

Azərbaycanlı gənc jurnalist koronavirusdan vəfat etdi

Gənc jurnalist Nurlan Ağa koronavirusdan vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
25 yaşlı jurnalistin bir müddət əvvəl COVID-19-a yoluxduğu, vəziyyətinin kritik olması səbəbindən reanimasiyaya yerləşdirildiyi bildirilirdi.
Qeyd edək ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
O, son vaxtlar Türkiyədə yaşayırdı və Atatürk Universitetində təhsil alırdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button