Media

Dilavər Əzimlinin xanımı danışdı: “Bilmirəm, onu necə inandırım…”

Tanınmış tarixçi alim Dilavər Əzimli ECMO cihazına qoşulub. Bu barədə Qaynarinfo-ya alimin həyat yoldaşı Arzu Qazıyeva deyib.
Onun sözlərinə görə, həkimlər Dilavər Əzimlinin vəziyyətini ağır qiymətləndirir: “Təzə qoşulub, yeni məlumatlar gözləyirik. Hazırda FHN-nin Zığdakı modul tipli xəstəxanasındadır, analizləri yenidən götürülüb, dərmanları dəyişdirilib. Ümidimizi üzməyək, ancaq Allaha dua edək. Mən inanıram ki, Dilavər sağalıb ayağa qalxacaq. Amma xəstənin özünün də buna inandırmaq lazımdır”.
Arzu Qazıyeva deyib ki, yeganə istədiyi hansısa formada ona psixoloji dətək verməkdir: “İstədiyim budur ki, qorxmasın, ən yaxşı aparata qoşulub. Amma bilmirəm ki, bunu necə edim”.
Qeyd edək ki, I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli koronaviusa yoluxub. Onun səhhətində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın bir qurup tanınmış istimia-siyası şəxsləri yanvarın 6-da Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button