Media

Erməni nəşri: “Ermənistan həmişə Rusiyaya Türkiyə ilə alver etmək üçün lazım olub”

Ermənistanda nəşr olunan “Aravot” qəzeti maraqlı bir məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, erməni nəşr məqalədə Azərbaycan, Türkiyə və Rusiyanın mövqelərindən bəhs edib və baş verənlər fonunda Ermənistanın yerini müəyyən etməyə çalışıb.

Qəzet yazır ki, Azərbaycanın faktiki imkanları çox genişdir. “Onun Türkiyə ilə müttəfiqliyi, Rusiya ilə münasibətləri var. Digər tərəfdən, resurları genişdir. Arxasında dayanan Türkiyə və Qərbinn dəstəyi sayəsində Rusiyadan izahat tələb edə bilir”.

Qəzet “yana-yana” yazır ki, hazırda Yaxın Şşərq və Cənubi Qafqada iki əsas güc var. “Onlardan biri Türkiyə, digəri isə Rusiyadır. Bu iki ölkə bir birləri ilə təkcə dost deyillər, həm də rəqibdirlər. Azərbaycan da bu proseslər fonunda rahatlıqla manevr edə bilir. Məsələn, İlham Əliyev çox rahat şəkildə Putinin “erməni əsirləri burax” xahişini qəbul etmir”.

“Aravot” bütün bunların fonunda sula edir: “Bəs, Ermənistan bu proseslərin harasındadır?” Qəzet qeyd edir ki, İrəvan artıq tərəflərin heç birinin marağında deyil. “Təsəvvür edin, Azərbaycan və Türkiyə Ermənistanla bağlı hər hansı bir məsələni həll etmək istədikdə İrəvana deyil, Rusiyaya üz tuturlar. Problemlərini Rusiya ilə həll edirlər. Hətta Ermənistanı bu danışıqlarda iştirak etməsinə belə lüzum görmürlər. Onlar “Ermənistan” adlı ərazinin sposoru Rusiyaya müraciət etməklə kifayətlənirlər. Hətta biz Azərbaycandan bir şey istədikdə və ya xahiş etdikdə, bunun üçün Azərbaycana birbaşa deyil, Rusiya vasitəsi ilə müraciət edirik. Yəni, bütün hallarda nə Azərbaycan, nə Türkiyə, nə də Rusiya bizi ciddi faktor olaraq qəbul etmir”.

Və sonra erməni nəşr sözün həqiqi məqalənin “akkordunu” vurub: “Ermənistan yüz il bundan əvvəl olduğu kimi, bu gün də Türkiyə ilə ticarət etmək üçün lazımdır. Bu iki düşmən dövlətin (Türkiyə və Rusiyanı nəzərdə tutur) hədəfi odur ki, ermənilər bu ərazilərdə yaşamasın. Qalan məsələlərdə biz heç bir ciddi əhəmiyyət daşımırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button