Media

Jurnalistin övladının saçına irad bildirən müəllimə töhmət verildi

Bakıda 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, məktəb rəhbərliyi həmin müəllimə töhmət verib: “Həmçinin Təhsil İdarəsindən valideynlə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb”.
Xatırladaq ki, hadisə bir müddət əvvəl Almaniyadan Azərbaycana deportasiya olunan jurnalist Röya Rəfilinin övladı ilə bağlı baş verib. Belə ki, 116 nömrəli məktəbin müəllimi jurnalistin oğlan övladını saçının uzun olması səbəbindən şagirdlərə qız kimi təqdim edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button