Media

Ötən il KİV-ə nə qədər vəsait xərclənib?

2020-ci ildə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə yönəldilən vəsait açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda qeyd olunub.
Bildirilib ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button