Media

“Respublika” qəzetinə yeni baş redaktor təyin edildi

“Respublika” qəzetinə yeni baş redaktor təyin edilib. Qaynarinfo xəbər verir ki, bu vəzifəyə Hümmət Musayev təyinat alıb. Məlumata görə, təyinat aprelin əvvəllərində baş tutub.
Hümmət Musayev bundan əvvəl  “Respublika”qəzetin baş redaktorunun müavini – məsul katib vəzifəsində çalışıb.
O, Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. “Təxminən 15 gün əvvəl bu vəzifəyə təyinat almışam”, – deyə yeni baş redaktor bildirib.
Qeyd edək ki, “Respublika” qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. Hazırda qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. 1995-ci ildən qəzetə Teymur Əhmədov rəhbərlik edib. O, 16 mart 2021-ci il tarixdə 90 yaşında dünyasını dəyişib. Teymur Əhmədovun ölüm səbəbi koronavirus infeksiyası olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button