Ölkə içi

Əli Əliyevin şikayəti təmin edilmədi

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində Yasamal Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. APA-nın xəbərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, partiya sədrinin şikayəti təmin edilməyib.
Qeyd edəki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti təmin olunub.
Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button