Ölkə içi

ADR Partiyası Rusiya səfirliyi qarşısında aksiya keçirdi

Bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Rusiyanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. JAMAZ.İNFO xəbər verir ki, aksiyada iştirak edən 50-ə qədər ADR-çilər Rusiya səfirliyinə yaxınlaşarkən polislər etirazçıları səfirliyinin binasına yaxınlaşmağa imkan verməyiblər.
Aksiyada iştirakçılar “Ukraynada müharibəni dayandırın”, “Müharibə cinayətlərinə son qoyun”, “Rədd olsun Putin”, “Putin hərbi cinayətkardır”, “Buçada dinc əhalinin kütləvi qətlini törədən rus ordusu Qarabağda sülhməramlı ola bilməz”, “Rus ordusu Qarabağdan çıxsın” şüarlarını səsləndiriblər.
Aksiyaya polis müdaxiləsi olsa da, şüarlar yazılan banerlər etirazçıların əlindən zorla alınsa da, iştirakçılara qarşı fiziki zorakılıq qeydə alınmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button