Ölkə içi

Arayik narahatdır: “Status məsələsi müzakirə olunmur”

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi və sülh sazişinin hazırlanması ilə bağlı danışıqlar aparılır. Artıq bu məqsədlə Birgə Komissiyanın yaradıldığı və onların üzvlərinin müəyyən edildiyi də məlumdur. Lakin nə sülh sazişində, nə də digər mövzularda Qarabağın status məsələsi müzakirə predmeti deyil.

JAMAZ.İNFO xəbər verir ki, rəsmi Bakı açıq şəkildə bəyan edib ki, Qarabağ adlı problem yoxdur və bu bölgəyə hər hansı statusun verilməsindən söhbət gedə bilməz. Lakin erməni tərəfi hər addımda bu məsələnin üzərinə gələrək, prosesi yeni bir müstəviyə keçirməyə çalışır. Hərçənd Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin son iclasında da etiraf edib ki, beynəlxalq təşkilatlar da onlardan Qarabağın status məsələsində tələblərini azaltmasını istəyiblər.

Bu gün Xankəndidə mənzillənmiş separatçıların rəhbəri Arayik Harutyunyan da başının dəstəsi ilə keçirdiyi iclasda ümidsizliyini dilə gətirib. O açıq tekstlə deməsə də, bildirib ki, hal hazırda Qarabağın status məsələsi müzakirə olunmur. “İndiki mərhələdə Qarabağın statusu ilə bağlı heç bir sənəd müzakirə olunmur”.

Hərçənd Arayik yaxşı bilir ki, yaxın gələcəkdə də belə bir sənəd olmayacaq və müzakirəsi də aparılmayacaq. Amma bunu başına yığdığı digər separatçılara açıq şəkildə deyə bilmir ki, linç edilməsin. Zamanı çatanda, o da, başının quldur dəstəsi də Qarabağdan rədd olacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button