Ölkə içi

Armen Qriqoryan: “Bakı ilə danışıqlarda anklavlar məsələsi müzakirə olunmayıb”

“Bakı ilə danışıqlarda anklavlar məsələsi qaldırılmayıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müxalifət tez-tez əsassız, reallıqla heç bir əlaqəsi olmayan bəyanatlar verir. “İndiyədək anklavlarla bağlı məsələ qaldırılmayıb. Deyə bilərik ki, hər iki tərəfdə anklavlar var və onların əraziləri təxminən eynidir. Hər iki tərəf bu məsələdə susur. Hələ ki, məsələ müzakirə olunmayıb. Mümkün həll yolu odur ki, Ermənistan anklavı Azərbaycanda, Azərbaycandakılar isə Ermənistanda qalır”.

O qeyd edib ki, bu anklavların tarixən necə formalaşması ilə bağlı çoxlu suallar var. “Onlar araşdırılır, lakin uzunmüddətli həll variantı üzərində işləyirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button