Ölkə içi

Azərbaycanda qəribə olay: 4 nəfər məşhur şirkətə zorla girib… – Sahibkar baş prokurora müraciət etdi

Sahibkar, “Park-Naftalan” Müalicə Mərkəzinkn direktoru Hatəm Qocayev Baş Prokuror Kamran Əliyevə müraciət edib.  

32gun.az xəbər verir ki, müraciətdə bildirilir ki, H.Qocayev bir qrup şəxsin onun sahibi olduğu şirkətə zorla girdiyini bildirib:

“Sentyabrın 19-da bir qrup şəxs direktoru olduğum “Park-Naftalan”a məxsus olan sanatoriyanın binasına zorla girib əmlakımızı talayaraq quldurluq cinayəti törədiblər.

Saat 07:20 radələrində 4 (dörd) nəfər şəxs zorla qeydiyyat şöbəsinə daxil olaraq qeydiyyatçıların üzərinə təhkim olunan 1 ədəd kompyuteri və əməkdaşlarımdan birinin ofisində olan 2 ədəd kompyuter və bir sıra avadanlıqları götürərək işçilərimin əmək funksiyalarını icra etmələrinə qəsdən maneə törədiblər. Hazırda işçi heyətim vəzifə səlahiyyətlərini icra edə bilmirlər. Baş verən hal hazırda sanatoriyada olan qonaqların həyat və sağlamlıqları baxımından ciddi narahatlığına səbəb olub.

Hadisə ilə bağlı dərhal lazımı qurumlara dəfələrlə müraciətlər etsək də həmin şəxslərin əməllərinin qarşısını almaq üçün heç bir cəhd görtərilməyib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button