Ölkə içi

AZAL uçuşlarına görə Ermənistana ödəniş edibmi?

Rəsmi İrəvan hələ də Azərbaycanın AZAL aviaşirkətinin öz ərazisindən uçuşları üçün ödəniş almayıb.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Mülki Aviasiya Komitəsi “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirib.
“Ermənistan tərəfindən 2009-cu il martın 1-dən ratifikasiya olunmuş “Marşrut rüsumlarının ödənilməsi haqqında” Çoxtərəfli Sazişə əsasən, Ermənistan ərazisindən keçən bütün tranzit uçuşlar üçün aeronaviqasiya xidmətlərinə görə ödənişlərin hesablanması və yığılması, AZAL da daxil olmaqla EUROCONTROL beynəlxalq təşkilatının marşrut tarifləri üzrə mərkəzi ofisi tərəfindən həyata keçirilir”, – məlumatda deyilir.
“Hava hərəkəti tarif sisteminin tətbiqi şərtləri və ödənişləri haqqında” sənədin 2 nömrəli əlavəsinə əsasən, uçuşların hesabat ayında yerinə yetirilən aeronaviqasiya xidmətlərinə görə ödənişlərin tutulma müddəti orta hesabla 2,5-3 aya yaxındır. Xatırladaq ki, oktyabrın 6-dan “Azərbaycan Hava Yolları” Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button