Ölkə içi

Eduard Şarmazanov: “Paşinyan Bakının belə 30 ildir dilinə gətirmədiyi “arqumentlər”dən istifadə edir”

 “Vaxtilə Qarabağı Ermənistanın bir hissəsi elan etmiş biri, türklərdən daha yaxşı “əsaslandırmağa” çalışır ki, əslində Qarabağ Azərbaycanındır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Eduard Şarmazanovdur.

O bildirib ki, Nikol Paşinyan yalançıdır. “Anti-erməni tezisini daha “inandırıcı” etmək üçün o, hətta rəsmi Bakının da son 30 ildə səsləndirmədiyi “arqumentlərdən” istifadə edir. MDB üzvü olan dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması nədir? 2007-2018 MDB PA tribunasından azərbaycanlıların iştirakı ilə mən dəfələrlə Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun məcburi şəkildə həyata keçirilməsindən danışmışam. Heç bir azərbaycanlı deputat mənə qarşı çıxmadı. Azərbaycanlı deputatlar belə bir “arqument” gətirmədilər, amma kapitulyasiya edənlərin lideri edir. Səbəb nədir? Qarabağdan mümkün qədər tez yaxasını qurtarmaqdır. Əslində, bu rejim azərbaycanlılar üçün “hədiyyə”, ermənilər üçün isə bəladır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button