Ölkə içi

Erməni əsgər Naxçıvanla sərhəddə itkin düşüb

Ermənistan silahlı qüvvələrinin əsgəri Vahe Manukyan ötən ilin 12 noyabrından itkin düşüb. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxs həmin gün xidmət etdiyi postdan çıxdıqdan sonra onunla əlaqə kəsilib. Həmin vaxtdan indiyə qədər ondan xəbər almaq mümkün olmayıb.

Ermənistan parlamentinin üzvü Tiqran Abramyan bildirib ki, Manukyanın ailə üzvləri ilə görüşüb. Lakin onlar da baş verənlərin səbəbini bilmədiklərini deyiblər. Məlum olan odur ki, Vahe Manukyan Naxçıvanla sərhəddə xidmət edib. Abramyan və dəstəsi açıq deməsələr də, dolayısı ilə bildirirlər ki, guya,  erməni əsgər Azərbaycan tərəfindən əsir götürülüb.

Bu əsnada, Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Vahe Manukyanla bağlı cinayət işi açılıb. Səbəb isə onun xidməti postunu özbaşına tərk etməsi və bu barədə yuxarı rəhbərliyə məlumat verməməsidir. Həmçinin onun barəsində fərarilik maddəsi ilə də cinayət işi açılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button