Ölkə içi

Erməni deputat: “Sərhəddə camaat pəncərini açıb baxanda, ilk olaraq Azərbaycan əsgərini görürlər”

“Sünikdə vəziyyət olduqca pisdir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib.

O qeyd edib ki, Sünikdə alternativ yol Azərbaycan Ordusunun müşahidəsi altındadır. “Elə bir yol yoxdur ki, Azərbaycan Ordusu tərəfindən müşahidə altında olmasın. 3 kəndlə gediş-gəlişi isə faciəvidir. Xüsusilə Vorotan-Şurnuxu kəndlərində durum daha ağırdır. Orada müəllimlər gündə 1-2 dəfə “Ural” maşını ilə gedib-gəlməli olurlar. Bu da çətinliklərə və narazılıqlara səbəb olur. Əgər güclü qar yağsa, alternativ yol ümumiyyətlə işləməyəcək”.

Tovmasyan bildirib ki, vəziyyətdən çıxmağın yeganə yolu Azərbaycan Ordusunun bir qədər geriyə çəkilməsinə nail olmaqdır. “2020-ci ildə bəri sərhəddə yaşayan ermənilər hər səhər pəncərələrini açıdıqda, ilk gördükləri Azərbaycan əsgərləridir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button