Ölkə içi

Erməni ekspert: “İran Qarabağa öz təhlükəsizliyi üçün investisiya qoyur”

Bir neçə gün bundan öncə İranın Azərbaycandakı səfiri Abbas Musəvi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib ki, Tehran 44 günlük Vətən Müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda investisiya proqramlarını həyata keçirməyə hazırdır.

JAMAZ.İNFO xəbər verir ki, Tehranın belə bir bəyanatla çıxış etməsi Ermənistanda “narazılıqla” qarşılanıb. Onlar İranın bu davranışlarını birmənalı olaraq, xoşagəlməz hal kimi qiymətləndirir və İrəvan hökumətindən bu istiqamətdə tədbirlər görməsini tələb edirlər.

İranşünas Qarik Miskaryan səfirin açıqlamasını şərh edərək qeyd edir ki, İran Qarabağın işğaldan azad edilmiş ərazilərində investisiya proqramlarını həyata keçirmək istəyi, bu bölgədə öz daimi iştirakını təmin etmək üçündür. “İran həmişə qonşuları ilə müstəqil siyasət yürüdüb. Çalışır ki, bir ölkə ilə münasibətlər başqa qonşuyla münasibətlərə təsir etməsin. Bu cür bəyanatlar İran tərəfindən həmişə, hətta yüksək vəzifəli məmurlar səviyyəsində də səsləndirilib. Əvvəllər, yəni, müharibədən öncə İran orada görünmək istəmirdi. Müharibədən sonra isə Tehran regional oyunçularla ayaqlaşmaq və öz problemlərini həll etmək üçün öz nümayəndələri vasitəsilə orada özünü təmsil etməyə çalışır. Buraya təhlükəsizlik problemləri, Türkiyə və İsrailin bölgədəki varlığına qarşı mübarizə daxildir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button