Ölkə içi

Erməni müxalifətçiləri Xocavənd və Ağdərəyə gəliblər

Ermənistanda müxalif partiyaların sədrləri və deputatlar iyunun 21-də Qarabağa səfər ediblər. JAMAZ.İNFO xəbər verir ki, “Müqavimət Hərəkatı”nın nümayəndələri iyunun 23-nə qədər Qarabağda qalıblar və görüşlər keçiriblər.

Məlumatda bildirilir ki, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan, deputatlar Tiqran Abramyan,  Aqvan Vardanyan, Aram Vardevanyan, Artur Sarkisyan və Qeqam Manukyanın olduğu qrup təkcə, Xankəndidə deyil, digər rayon və şəhərlərimizdə də görüşlər təşkil ediblər. Belə ki, onlar Xocavənd rayonunda və Ağdərə qəsəbəsində yaşayan ermənilərlə də görüşüblər.

Saqatelyan və başının dəstəsi Xxankəndidə keçirdikləri yekun görüşdə bildiriblər ki, onlar bütün qüvvələrini səfərbər edərək, Qarabağın Azərbaycanın tərkibində qalmasına imkan verməyəcəklər. Üstəlik, bu prosesdə Qarabağda yaşayan ermənilərin də iştirakının vacib olduğunu deyiblər.

Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistandan Qarabağa səfər etmək istəyən rəsmi şəxslərin ölkə ərazisinə buraxılmasına qarşıdır. Bununla bağlı, bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlı kontingentin rəhbərliyinə dəfələrlə xəbərdarlıq ediblər. Lakin son zamanlar ruslar bu xəbərdarlıqlara da məhəl qoymamağa başlayıblar. Saqatelyan və onun kimi separatçı, Azərbaycanın ərazi bütövlüyünə qəsd hazırlamaq planları olan adamları Qarabağa buraxmaqla, rusların özlərinin bu prosesdə maraqlı olduqlarını göstərir.

Azərbaycan hökuməti separatçıların davamlı olaraq Qarabağa gəlib, getməsini önləmək üçün ciddi addım atmalı, bununla bağlı zəruri tədbirlər görməlidirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button