Ölkə içi

Ermənistanla sərhəddə güllələr niyə susmur və ya nə vaxt susacaq?

“Burada qəribə nəsə yoxdur. Azərbaycan və Ermənistan dövlətləri və xalqları barışana qədər belə davam edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Soçi görüşündən sonra vəziyyətin sakitləşməsi fonunda Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər istiqamətində atəşkəsin yenidən pozulmasına münasibət bildirərkən deyib:
“Hadisələrə tərəflərin fərqli baxışları var. Tərəflərin atəşkəsi pozması hallarına 1994-cü ilin Bişkek protokolundan sonra başlanılıb. 44 günlük müharibədən sonra yenidən atəşkəs elan olundu, bir müddət sakitlik oldu, amma yenə də atəşkəs pozulur. Çünki tərəflərin mövqeləri fərqlidir. Ortaq məxrəcə gələ bilmirlər. Bu xüsusda əsasən də Ermənistan günahkardır. Rusiya həmişəki kimi “dovşana qaç, tazıya tut” siyasətini davam etdirir.
Görünən odur ki, bölgədə atəşkəsin pozulması, tərəflərin bir-birinə güllə atması, əsgər və zabitlərin öldürülməsi əsas vasitəçi olan Rusiyaya əl verir. Belədə belə bir düşüncə formalaşdırırlar ki, guya Rusiya olmasa, bunlar bir-birini qırar. Eyni zamanda, Moskva imkanları daha az olan Ermənistana daha çox dəstək verir ki, onlar Azərbaycanın qarşısında duruş gətirsin. Yəni Rusiya hər zaman oynadığı oyunu oynayır. Ermənistanla Azərbaycan da həmin oyunun iştirakçısıdır. Növbəti mərhələlərdə də atəşkəs pozulmaqda davam edəcək. Barışandan sonra atışmalar da kəsiləcək. Vasitəçi isə barışmağa imkan vermir. Odur ki, vur-öldür məsələsi davam edir”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribata əl atıb. Dekabrın 9-u, saat 15.00-də Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button