Ölkə içi

Füzulidə daha 31 erməni əsgərinin meyidi tapıldı

Dünən Füzuli rayonu ərazisində daha 31 erməni əsgərinin qalıqları tapılaraq, Ermənistan tərəfinə təhvil verilib. JAMAZ.İNFO xəbər verir ki, onların konkret olaraq rayonun hansı istiqamətində tapıldıqları barədə məlumat verilməyib.

Erməni tərəfi bildirib ki, tapılanların hamısı ehtiyatda olan əsgərlərin meyidləridir. Bu gün isə axtarışlar Füzuli, Xocavənd və Hadrutda aparılacaq.

Rəsmi açıqlamaya görə, noyabrın 10-dan etibarən indiyə qədər Qarabağda 1318 erməni əsgərinin meyidi tapılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button