Ölkə içi

General Bakıda yanğın təhlükəsizliyini kimlərə tapşırıb?

Qaynarinfo Ruslan Məmmədovun saxlanılmasının səbəbini araşdırıb. Məlum olub ki, “Location” gecə klubunun yerləşdiyi sahə üzrə yanğın nəzarətinə məhsul şəxs inspektor Ruslan Məmmədovdur.
Baş verən hadisə ilə bağlı 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı İlqar Əsgərov da hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovdur.
Generalın rəhbəri olduğu qurumun Bakı şəhəri üzrə 4 idarəsi mövcuddur:
1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi – Rəis polkovnik-leytenant Rauf Qurbanov
2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi – Rəis daxili xidmət polkovnik-leytenantı İlqar Əsgərov
3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi – Rəis daxili xidmət mayoru Mircavad Seyidov
4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi – Rəisi Səyavuş Qasımov

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button