Ölkə içi

Göyçayda sakinlər susuz qalıb

Göyçayda sakinlər içməli suyun verilməsindən narazıdır. Sfera.az xəbər verir ki, Göyçay rayonu, Heydər Əliyev Mərkəzinin ətrafında yaşayan sakinlər gündəlik olaraq lazımı qədər su əldə edə bilmədiklərini deyirlər. Belə ki, vətəndaşlar içməli suyun təzyiqsiz, uzun fasilələrdən sonra gəldiyini və bu səbəblə çətinlik çəkdiklərini qeyd ediblər.
Rayon sakinləri 3 günə 1 tonluq su çənini doldura bilməməkdən şikayətçidirlər. Nəzərə alsaq ki, artıq qarşıdan isti havalar gəlir, bu məsələ müxtəlif problemlərə yol aça bilər.
Rayon camaatına mövcud problemin aradan qaldırılması ilə bağlı hər hansı vəd verilməyib.
Məsələ ilə əlaqədar “Göyçay Su-Kanal” Törəmə Səhmdar Cəmiyyətinin rəhbəri İlham Kərimovla əlaqə yaratmağa çalışdıq. Lakin İ.Kərimov zənglərimizə cavb vermədi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button