Ölkə içi

Hrant Melik-Şahnazaryan: “Hər şey yenidən Azərbaycanın xeyrinə gedir”

“Əliyev, Paşinyan və Mişelin Brüsseldə üçüncü görüşü zamanı tərəflər bir sıra yeni razılaşmalar əldə ediblər”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.

O bildirib ki, Şarl Mişelin bəyanatını diqqətlə oxuduqdan sonra bir neçə qənaətə gəlib. “Mən Avropa Şurası prezidentinin bəyanatını oxuyuram və görürəm ki, bir sıra məsələlərdə, məsələn, yolların açılması, kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan danışıqların yekun mərhələsinə çatıb. Üstəlik, hər şey yenidən Azərbaycanın xeyrinə gedir. Disbalans göz qabağındadır. Amma ən əsası odur ki, indi biz Ermənistan-Azərbaycan danışıqlarının yeni formatının təsdiqini tapmış fakt olduğunu deyə bilərik. Gəlin buna “Brüssel formatı” deyək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button