Ölkə içi

İcra nümayəndəsinin intihar səbəbi – I hissə

7 il öncə dekabr ayının 9-da ölkənin informasiya saytları belə bir məlumat yaymışdı. Dekabrın 2-də bit dərmanı içərək özünə qəsd edən Quba rayon icra hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi bu gün axşam saatlarında dünyasını dəyişib.

Medianın yaydığı xəbərlərdə bildirilirdi ki, 48 yaşlı Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın müalicə işləri üzrə baş həkiminin müavini Əlyar Sərvərov icra nümayəndəsinin tibb müəssisəsinə çox ağır və huşsuz halda gətirildiyini bildirib. Onun sözlərinə görə, reanimasiya şöbəsində xəstəyə bir neçə saat ciddi şəkildə ilkin tibbi yardım göstərilib. Füzuli Şərifov ağır vəziyyətdən çıxarılıb. Bundan sonra o, Bakıdan çağırılmış toksikoloqun müşayiəti ilə paytaxtın 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə göndərilib. Lakin paytaxt xəstəxanasında müalicə bir səmərə veməyib və icra nümayəndəsi dekabr ayının 9-da 21:05-də dünyasını dəyişib. Əlyar Sərvərovun sözlərinə görə, o niafidol adlanan və maye halında olan bir şüşə bit dərmanı qəbul edib.

Füzuli Şərifovun hansı səbəbdən həyatına qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Bəli, bu ölkə mediasında gedən xəbərin mətni idi. Araşdirmaçı-jurnalist Cəmil Məmmədli bununla bağlı bildirir ki, elə bu mətn də diqqətini çəkib. O bildirir ki, mərhum Füzuli Şərifov, baş həkimin müavini Əlyar Sərvərovun sözlərinə görə, hələ Quba xəstəxanasında olarkən, ağır vəziyyətdən çıxarılıb. Sonradan daha effektiv müalicə üçün paytaxta göndərilib və bir həftədən sonra, yəni dekabrın 9-da dünyasını dəyişib. “Maraqlıdır, görəsən bir həftə ərzində Füzuli Şərifov özünün intihar səbəbini həqiqətənmi heç kəsə deməyib? Bu bir həftə ərzində onun izahatı alınmayıbmı? Ya da heç bir yaxınına, dostuna, öz ailə üzvlərinə intihar səbəbini bildirməyibmi?”

Jurnalist qeyd edir ki, araşdırmalar nəticəsində məlum olub ki, mərhum icra nümayəndəsinin intihar etməmişdən öncə maddi durumu pisləşib və o sələmlə borc alıb. “Bir müddət sonra isə ona borcunun 169 min manat olduğunu deyiblər. Bu borca görə onun başına gələnləri, yaxın dostu və həmkarı Oktay İsayevin dilindən eşidək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button