Ölkə içi

“İdeal” şirkətinin keçmiş rəhbərinə 8 il həbs cəzası istənilir

Prokuror “İdeal” şirkətinin keçmiş rəhbərinə 8 il azadlıqdan məhrumetmə cəzası istəyib

Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun işi üzrə prosesdə prokuror çıxış edib. O, İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və daha əvvəl üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsini istəyib.

“Turan”ın məlumatına görə, vəkillər yekun çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Proses yanvarın 31-də davam edəcək.

İstintaq İsmayılovu 2011-2017-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və 680 min manat vəsaiti mənimsəməkdə ittiham edir.

Ona qarşı CM-in 179.3.2 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə gətirib çıxardıqda) maddələri ilə ittiham irəli sürülüb.

İsmayılov özünü təqsirli bilmir. O, AZAL prezidentinin həyat yoldaşı Zərifə Qəmzəyevanın şirkəti onun əlindən almaq istədiyi barədə bəyanatlarına görə cəzalandırılması məqsədilə işin saxtalaşdırıldığını iddia edir. Qəmzəyeva həm də “Gazelli Group”un prezidenti və “Premium Bank”ın həmtəsisçisidir.

Bundan əvvəl Qəmzəyeva İsmayılovun CM-in 147 (böhtan) və 148-ci (tənqid) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib, amma məhkəmə onun iddiasını təmin etməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button