Ölkə içi

İlham Əliyev Türkiyəyə səfərə hazırlaşır

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, səfər may ayının 14-də baş tutacaq.
Məlumata görə, Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birlikdə Rize-Artvin hava limanının açılış mərasiminə qatılacaq. Açılış tədbirindən sonra Prezident Ərdoğanın adından Azərbaycan lideri və digər qonaqların şərəfinə ziyafət veriləcək.
Qeyd edək ki, Rize-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət göstərməsi planlaşdırılır.  Hava limanı ümumi 47 min 133 kvadratmetr qapalı sahəni əhatə edəcək. Açılış mərasimindən sonra Rizə-Artvin aeroportundan uçuşlar başlayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button