Ölkə içi

İranın İrəvandakı səfirliyindən açıqlama: “Göy Məscid İran incəsənətinin simvoludur”

Ötən günlərdə İrəvanda səfərdə olan Azərbaycan parlamentinin deputatları Tahir Mirkişili və Soltan Əliyev “Avronest”in iclaslarında iştirak ediblər. Onlar iclaslarla yanaşı, həm də İrəvandakı qədim Azərbaycan tarixi-mədəniyyət nümunəsi sayılan “Göy Məscid”ə də baş çəkiblər.

JAMAZ.İNFO xəbər verir ki, İrəvandakı Göy Məsciddən video paylaşan deputatlarımız onu Azərbaycanın tarixi-mədəniyyət incisi adlandırıblar. Bunun ardından isə İranın Ermənistandakı səfirliyi bəyanat yayıb. Səfirliyin Twitter səhifəsində üç dildə yazı yerləşdirən Tehran rəsmiləri, oraya farsca və ermənicə yazılmış vərəqlərin də fotolarını qoyublar. “İran incəsənətinin simvolu olan Göy Məscid son 30 ildə Ermənistanda yaşayan müsəlmanların ibadət yeri, eləcə də turistik məkan kimi fəaliyyət göstərir”.

Səfirlik səhifəsində ermənicə isə yazılıb: “Tarixlə maraqlananlar iki yüz ildən çox yaşı olan və üzərinbdə farsca yazılmış Göy Məscidin yüksək mədəni dəyərini və memarlığının özünəməxsusluğunu çox gözəl anlayırlar. Bu tarixi qeydlərin qorunub saxlanması böyük şansdır”.

P.S. Qeyd edək ki, İranın Ermənistandakı səfirliyi görünür, tarixi yaxşı bilmir. Ən azından ona görə ki, 200 ildən çoxdur yaşı olan Göy Məcidin məhz azərbaycanlılar tərəfindən inşa edildiyini, bu illər ərazində məhz Zəngəzur, İrəvan və Göycədə yaşayan azərbaycanlıların ibadət yeri olduğunu bilməliydilər. Son 30 ildə isə ermənilər Göy Məscidi dağıtmaq üçün bütün vasitələrə əl atıblar. Lakin bacarmayıblar. Düzdür, İran həmin məscidi təmir edib, lakin bu heç də tarixi saxtalaşdırmaq üçün əsas verə bilməz.

Əgər məscid, ibadət yerləri İran üçün bu qədər müqəddəs və vacibdirsə, o zaman Qarabağda, eyni zamanda, Ermənistanda dağıdılmış, məhv edilmiş, tarixdən və xəritədən silinmiş məscidlərin aqibətinə niyə aydınlıq gətirmir? Niyə həmin məsələni qaldırmır? Bəlkə məscidlər arasında fərq var? “İran incəsənətinin” nümnələri ilə Azərbaycanlıların inşa etdiyi məscidlərin fərqli olduğunu düşünürlər? Axı, Ermənistanda məhv edilmiş, dağıdılmış məscidlər də eyni dinin nümayəndələri üçün nəzərdə tutulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button