Ölkə içi

Keçmiş həmsədr: “Qarabağın status məsələsi həll olmayıbsa, münaqişə də bitməyib”

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Ceyms Uorlik 44 günlük müharibədən sonra regiondakı vəziyyətə toxunaraq bəyan edib ki, status məsələsi açıq qaldığı halda, Qarabağ problemi həll olunmuş hesab edilə bilməz.

O əlavə edib ki, Qarabağın status məsələsi prioritet məsələdir və bu problem həll edilmədən regionda sabitliyin təmin edilməsi mümkün deyil.

Uorlik Qarabağın statusunun ATƏT-in Minsk qrupunun köməyi ilə həllinə çalışarkən beynəlxalq ictimaiyyətin geri addım atmalı olduğunu və Minsk Qrupu həmsədrlərinin bu məsələdə mühüm rol oynamağa davam etdiyini qeyd edib. “Mən bilirəm ki, Rusiya bir çox məsələləri öz əlinə alıb. Lakin hesab edirəm ki, həmsədrlər, ATƏT və ABŞ daha fəal olmalı və bu problemin yekun həlli üçün təzyiq etməlidirlər. Yalnız bundan sonra regionda sabitliyə nail olmaq mümkündür “.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərə toxunan Uorlik, bu görüşləri yüksək qiymətləndirdiyini bildirib və təkbətək görüşü davam etməyə çağırıb.

P.S. 30 il əllərindən bir iş gəlməyən, münaqişənin həllində “ölü nöqtə”dən tərpənə bilməyən, Bakı və İrəvana yalnız gəzmək üçün gələn adamlardan biri hər şeyin əllərindən çıxdığını görüb, indi də könül bulandırmaqla məşğuldur. Bu qədər bacarıqlı idinizsə, 30 ildə problemi həll edərdiniz. İndi bu danışıqlar da daldan atılan daş məsələindən fərqli deyil.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button