Ölkə içi

Kim kimə “vandal” deyir?

Xəbər verildiyi ki, Azərbaycan işğaldan azad etdiyi Şuşa şəhərini hazırlanmış plana əsasən yenidən qurmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, yenidənqurma və təmir işləri aparılan tiklilər arasında Şuşada yerləşən kilsə də var.

Qeyd edək ki, kilsənin fotolarını yayan Bakı, təmir işlərinin tam şəkildə həyata keçirildiyini bildirib. Lakin erməni tərəfi qərəzli şəkildə məsələ ətrafında hay-küy salmağa başlayıb. Belə ki, bu gün Ermənistan XİN-i Şuşadakı kilsədə aparılan təmir işləri ilə bağlı bəyanat yayıb və yalan məlumat tirajlayıb.

Ermənistan XİN-i iddia edir ki, guya, Azərbaycan tərəfi Şuşadakı kilsəni dağıtmaq, onun ermənilərə məxsus olmaqdan çıxarmaq istəyir. “Azərbaycanın bu hərəkəti vandallıqdır”.

Sözügedən nazirlik bununla kifayətlənməyib, yenə həyasızcasına iddia edib ki, guya, Azərbaycan Qarabağdakı erməni “mədəniyyət abidələrini” dağıtmaqla məşğuldur. “Azərbaycan Şuşadakı kilsədə hansısa təmir işləri aparır. Halbuki bu təmir işləri həmin kilsənin Erməni Apastol Kilsəsi olmaqdan çıxarır. Həmçinin ermənilərin dini inancına hörmətsizlik edilir”.

P.S. Ermənilərin mədəniyyət, vandallıq və bu kimi məsələlərdən danışması, üzsüzlükdür. 30 ildən çox işğal altında olan Qarabağda məscidlərin dağıdılması, onlara qarşı olmazın hörmətsizliklərin edilməsi, mədəniyyət və tarixi abidələrin məhv edilməsini ermənilər həyata keçiriblər. Bir çox tarixi abidələrimizin yerini belə qazıb, üzərində özlərinə ferma, kazarma tikdikləri halda, bizi “vandal” hesab edirlər. Vandallıq Xocalıda günahsız insanların qətl edilməsidir. Vandallıq Qaradağlı, Ağdabanda insanların diri-diri yandırılmasıdır. Vandallıq 1 milyona yaxın insanın öz yurd-yuvasından didərgin salmaqdır. Vandallıq başqa xalqa əsassız yerə düşmən kimi yanaşmaqdır. Vandallıq mədəniyyət abidələrinin məqsədli şəkildə məhv edilməsidir. Vandallıq rayonlarımızı Naqasaki və Xerosimadan daha dəhşətli şəkildə dağıntıya məruz qoymaqdır. İndi bu tarix, mədəniyyət və insanlıq düşmənləri Azərbaycanı, Azərbaycan xalqını “vandallıqda” ittiham edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button