Ölkə içi

Korotçenko: “Erməni lobbisi zəhmət çəkib, pulu ödəsin” – VİDEO

“İrəvanın maddi imkanı yoxdursa, qoy rus silahlarının tədarükünü erməni milyarderləri və dünya erməni diasporu ödəsin”. Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert Ermənistan baş nazirinin Rusiyaya səfəri çərçivəsində müzakirə edəcəyi məsələlərə diqqət çəkib: “Rusiya Prezidenti Vladimir Putin oktyabrın 12-də Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək. Hesab edirəm ki, Paşinyan Putinlə görüşdə qaz və silah qiymətlərində endirimlər (əslində pulsuz), eyni zamanda güzəştli kreditlər istəyəcək. Paşinyan da bunun qarşılığında “erməni və rus xalqları arasında əbədi dostluğa” dair zəmanət verəcək. Əslində, İrəvan növbəti dəfə Moskvadan “boşanmaq” istəyir.
Hesab edirəm ki, Putin sərt mövqe tutmalıdır: gülümsəyin, amma Paşinyanla Ermənistanı şabalıdı Rusiya üçün oddan çıxarmağa məcbur edin. Pul yoxdusa, Ermənistan bunu başqa yolla həll etsin. Məsələn, Krımı rəsmi şəkildə Rusiya ərazisi olaraq tanısın, Sorosun Ermənistandakı QHT-lərini bağlasın və ABŞ-ın İrəvandakı səfirliyinin miqyasını ən azı yarıyadək azaltsın.
İrəvanın maddi imkanı yoxdursa, qoy rus silahlarının tədarükünü erməni milyarderləri və dünya erməni diasporası ödəsin. Buna pul xərcləsələr kasıb olmayacaqlar”.
İqor Korotçenko Rusiyadakı erməni lobbisinin fəaliyyətinə də münasibət bildirib: “Rusiyadakı erməni lobbisinin məqsədi Moskvanın Ermənistanı və Qarabağdakı separatçı rejimin tör-töküntüsünü öz hesabına saxlaması və silahlandırmasıdır. Bunun müqabilində də Rusiyanın Cənubi Qafqazdakı anti-türk forpostu funksiyasını yerinə yetirməlidirlər. Yəni Rusiya vergi ödəyicilərinin hesabına Ermənistan və Qarabağdakı separatçıları dəstəkləməliyik və bunun müqabilində Ərdoğana hürəcəklər”.
Ekspert Fransanın Ermənistanı “qardaş” adlandırmasına baxmayaraq, bu ölkəyə indiyədək bir avro da xərcləmədiyini söyləyib: “Ciddi şəkildə soruşuram: niyə Fransa və ya Paşinyanla səmimi olan Prezident Makron Rusiya kimi Ermənistana pulsuz heç nə etmir? Halbuki Fransa Ermənistan üçün qardaş xristian ölkəsidir, amma indiyədək ona bir avro da verməyib”.
İqor Korotçenko Ermənistan baş nazirinin Qarabağla bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı yerinə yetirməkdən boyun qaçırdığını qeyd edib: “Üçtərəfli bəyannamənin bütün bəndləri Rusiyanın milli maraqlarına tam cavab verir. Paşinyanın vəzifəsi də üçtərəfli bəyannaməni yerinə yetirmək, yəni Rusiyanın maraqlarına uyğun addımlar atmaqdır. Amma hələ də bunu etmir”.
Teleqraf.com 
https://www.youtube.com/watch?v=9g4Vyef51io

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button