Ölkə içi

Müdafiə Nazirliyi əsgər valideynləri və yaxınlarına müraciət edib

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

Bu barədə yanvarın 30-da Müdafiə Nazirliyindən bildirilib.

“Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.

Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq”, – nazirlikdən qeyd edilib .

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button