Ölkə içi

Müdafiə Nazirliyi “Əsgərin Kitab Rəfi” adlı kitab toplama aksiyası keçirir

Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik. JAMAZ.İNFO xəbər verir ki, bunu Müdafiə Nazirliyi açıqlayıb.

Nazirliyin açıqlamasında deyilir: “Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik.

KİV nümayəndələrindən aksiyaya dəstək olmalarını xahiş edirik.

Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Kitab hədiyyə etmək istəyənlər həftənin bazar ertəsi – cümə günləri saat 9⁰⁰-dan 17⁰⁰-dək Bakı şəhəri Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 144 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına müraciət edə bilər.

Aksiya 01.09.2022-ci ilə dək davam edəcək.

Əlaqə nömrəsi: (+994 12 537 15 97)”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button