Ölkə içi

Müharibə iştirakçıları YAŞAT Fondu qarşısında aksiya ediblər

Aprelin 25-də İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı YAŞAT Fondunun qarşısında etiraz aksiyası keçirib. Turan”ın məlumatına görə, onlar Türkiyəyə müalicəyə göndərilən bir qrup veteran müalicə başa çatmadan ölkəyə qaytarılır:

“Onların müalicəsi hələ bitməyib. Niyə bilet alıb Azərbaycana qaytarırlar? Yəqin baxırlar ki, orada xərc çox çıxır, ona görə gətirirlər bura».

Müharibə iştirakçılarından biri bildirib ki, YAŞAT Fondu öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə Prezident Administrasiyasının qarşısına gedəcəklər.

YAŞAT Fondundan bildiriblər ki, bu günə Fondun dəstəyi ilə 167 qazi Türkiyəyə göndərilib: “Hər bir gedən qazimiz mütəxəssisin rəyi əsasında göndərilib. Mütəxəssislərin rəyi bu olub ki, onların müalicəsi yerli səhiyyəmizdə yoxdur».

Fondun məlumatına görə, həmin 167 qazidən 132-si artıq Azərbaycana qayıdıb.

YAŞAT fondu yaralıların müalicəsi başa çatmadan qayıtması ehtimalını istisna edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button