Ölkə içi

Paşinyan sirləri açır: Baş nazir 700 əsgər itirdikləri Lələ Təpə əməliyyatından danışdı

“İddia edirlər ki, İkinci Qarabağ müharibəsi zamanı mən Lələ Təpənin azad edilməsi barədə qərar qəbul etmişəm. Bu gülüncdür”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin bir illik fəaliyyəti ilə bağlı verdiyi hesabatında deyib.

O deyib ki, bu məlumat həqiqəti əks etdirmir. “Deyirlər ki, guya, mən belə bir qərar qəbul etmişəm. Deyirlər ki, əgər Serj Sarkisyan həmin yüksəkliyi veribsə, mən də əmr edirəm ki, Lələ Təpəni geri alın. Hətta bu əmrimdən sonra 700 əsgər itirmişik. Bu başdan ayağa yalandır. Bu əməliyyatın müəllifi generaldır. Onun rəyinə əsasən, belə bir əməliyyat bizim üçün əlverişli olmalıydı. Bu təklifin qiymətləndirilməsi generalla aparılıb, daha sonra generallarla müzakirə edilib. Mən sadəcə müzakirələrdə moderatorluq edirdim, hətta öz fikrimi belə deməmişəm”.

O qeyd edib ki, müharibənin hər bir epizodunu birmənalı olaraq araşdırmaq lazımdır.

Paşinyan daha sonra Azərbaycan və Türkiyə ilə münasibətlər məsələsinə toxunub. “Türkiyə və Azərbaycan bizim düşmənlərimizdir. Onlar da bizi düşmən hesab edirlər. Lakin məsələ başqadır”.

Onun sözlərinə görə, belə bir məsələnin müzakirə edilməsi əhəmiyyətli deyil. “Biz bu suala cavab verməliyikmi? Bu tarixdir. Son hadisələr bizə göstərdi ki, belə məsələləri müzakirə etməyin yeri yoxdur”.

Erməni baş nazir bunların fonunda nə etmək lazım olduğu məsələsinə də cavab verib. Onun fikrincə, bütün hallarda xalqlar, ölkələr bir-birləri ilə alver erməli, sərhədlərini açmalı, qarşılıqlı turizmi inkişaf etdirməli və sair bu qəbildən olan işləri həyata keçirməlidirlər. “Bəli, biz tarixən düşmən olmuşuq. Lakin məsələ odur ki, bundan sonra nə etməliyik. Biz bu düşmənçiliyi nəzarət altına almalıyıq, yoxsa nəzraətdən çıxmasını seyr etməliyik? Daha oğrusu, bizim region daima düşmən regiondur? Məhz bu suallara cavab verməliyik”.

Qeyd edək ki, Lələ Təpə əmliyyatı ilə bağlı Paşinyanın dediklərinə sabiq baş qərargah rəisi Onik Qasparyandan cavab gəlib. Qasparyan deyib ki, Paşinyan yalançıdır və ondan bundan başqa nəsə gözləmək yersizdir. “Mən bir daha noyabrın 17-də səsləndirdiyim bəyanatımın arxasındayam. Baş nazir və Təhlükəsizlik Şurasının katibi utanmazcasına əllərindəki imkanlardan, hakimiyyətdən yararlanaraq, xalqı səksəkədə saxlayırlar. Şuranın iclasının protokolları mümkündür ki, saxtalaşdırılıb və istənilən formaya salınıb. Bütün həqiqətlər o zaman üzə çıxacaq ki, indiki hökumət və baş nazir istefaya getsin”.

Xatırladaq ki, Paşinyanın bəhs etdiyi Lələ Təpə əməliyyatı müharibənin ilk günlərində baş verib. Həmin vaxt Ermənistan orudusu 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən azad edilmiş yüksəkliyi geri almaq istəyib. Erməni generallar hesab edirmişlər ki, əgər həmin təpə alınarsa, Azərbaycan Ordusu qorxuya düşəcək. Lakin tam əksi baş verib. Həmin döyüşdə Ordumuz düşmənin çoxlu canlı qüvvəsini məhv edərək, geri çəkilməyə məcbur ediblər.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button