Ölkə içi

Polad Həşimov barədə film çəkilib

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunmuş sənədli film çəkilib. APA-nın xəbərinə görə, film, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal edilib.

“Poladın izi ilə” adlanan filmin çəkilişləri Bakıda və Qəbələdə baş tutub.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı həlak olmuş general-mayor Polad Həşimov haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur.

“Poladın izi ilə” sənədli filminin təqdimatı bu gün,mayın 4-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button