Ölkə içi

Prezident və Birinci Vitse-Prezident Füzuliyə səfər ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər ediblər. JAMAZ.İNFO xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezidentə hava limanında görülən işlər barədə məlumat verilib.

Prezident və birinci xanım Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Dövlət başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

Daha sonra İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub. Dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

İlham Əliyev və Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında da iştirak ediblər. Dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button