Ölkə içi

Qarabağ savaşında əsirlərimizə işgəncə verən erməni həbs edildi

Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməsində şübhəli bilinən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində 4 ay müddətinə  həbs qətimkan tədbiri seçilib.

Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.

Bu il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Azərbaycan Ordusu bir qrup erməni hərbçini əsir götürüb. Həmin əsirlərin içərisində Lüdviq Mkrtçyan da olub.

Hazırda Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button