Ölkə içi

Qarabağdakı separatçılar Rusiyaya birləşmək üçün “referendum”  təklif edirlər

Rusiyanın don dövrlər separatçı rejimləri dəstəkləməsi, onların “müstəqilliyini” tanıması ənənəvi siyasətinin təzahürləridir. JAMAZ.İNFO bildirir ki, Ukraynaya hərbi müdaxilə edərək, Kiyevi işğal etmək üçün az qala 20 minə yaxın əsgərini itirən Kreml, bununla yetinməyib Ukraynanın əzəli torpaqları olan Luqansk və Donbasdakı separatçıların “müstəqilliyi”ni tanıyıb.

Kremlin bu hərəkətləri Qarabağdakı erməni separatçıların da iştahasını artırıb. Bir neçə gün əvvəl baş separatçı Arayik Hharutyunyan Rusiya prezidentinə məktub yazaraq, ondan əlavə qüvvələr göndərməsini istəyib. Lakin Moskvanın cavabı çox yubanmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qarabağ Azərbaycanın ərazisidir və oraya hər hansı əlavə sülhməramlı qüvvə göndərmək fikrində deyillər.

Lakin Qarabağ erməniləri bir şəkildə Rusiyaya yalmanmaq üçün yollar axtarırlar. Bu günlərdə həmin “şirin görünmək” kampaniyasına start verməyə çalışırlar. Məsələn, Əsgəranın keçmiş “rəhbəri” Sasun Barseqyan təklif edib ki, Qarabağdakı “nüfuzlu adam”larla bilrikdə “təşəbbüs qrupu” yaradılmalıdır. Onun sözlərinə görə, həmin “təşəbbüs qrupu” Qarabağın Rusiyaya birləşməsi məsələsini əhatə etməli və yekun qərar verməlidir. “Ermənistan bu gün Qarabağın təhlükəsizliyinə təminat verməkdən boyun qaçırır. Çünki İrəvan gizli şəkildə beynəlxalq səviyyədə Qarabağdan imtina etdiyini bəyan edib. Biz illuziyalara qapılmamalı, Qarabağın məhv olmasına imkan yaratmamalıyıq. Ona görə də, təklif edirəm ki, Rusiya Federasiyasına qoşulmaq tələbi ilə ümummilli referendum keçirilməsi üçün hazırlıqlara başlamaq lazımdır”.

Qeyd edək ki, Qarabağdakı erməni separatçıların quyruqları qapı arasında qalıb. Vəziyyətlərinin ağır olmasını görürlər. Fərrux əməliyyatından sonra tam əmin olublar ki, Azərbaycan Ordusu istənilə an Qarabağı bütünlüklə nəzarəti altına ala bilər. Hətta bölgədəki rus sülhməramlılarının mövcudluğu da bu prosesi dayandıra bilməz. Ona görə də, “referendum”, “Rusiyaya birləşmək” təkliflərinin gündəmə gətirərək, “biz də varıq”, “bizə də sahib çıxın” deməyə, yaltaqlanmağa çalışırlar.

Lakin Rusiya indiki məqamda Azərbaycanla konfliktə getməz. Çünki hazırkı sanksiyalar fonunda onun üçün “nəfslik” rolunu oynaya biləcəyimiz yeganə ölkələrdən biriyik. Digər tərəfdən, Bakı Kremllə münasibətlərini maksimum dərəcədə qorumağa və balanslaşdırmağa çalışır. Belə olan vəziyyətdə separatçıların hərəkətlərinin heç bir anlamı qalmır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button