Ölkə içi

QHT-lərlə bağlı təkliflər paketi hazırlanıb

Azərbaycan Açıq Hökumət Platformasının təkliflərini nəzərə almaqla “Konstitusiya” Araşdırmalar Fondu QHT-lər üçün əlverişli hüquqi mühit yaradılması, onların xarici donorlara çıxışı, xarici donorların ölkədə fəaliyyəti,  qrant müqavilələrinin qeydiyyatı ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması məqsədilə  QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə əlavə dəyişikliklər hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Fondun prezidenti Əliməmməd Nuriyev bildirib.
 
“Qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər, həmçinin Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarının (QHT) təsis edilməsi, dövlət qeydiyyatına alınması, QHT-lərə tətbiq edilən cərimə sanksiyalarının azaldılmasını da nəzərdə tutur. “Konstitusiya” Araşdırmalar Fondunun ekspertləri təklifləri konkret qanun layihələri formasında hazırlayıblar”, – deyə o əlavə edib.
Əliməmməd Nuriyev qeyd edib ki, təkliflər artıq, bir ay əvvəl Prezident Administrasiyasına, parlamentə təqdim olunub: “Parlament təmsilçiləri ilə ilkin müzakirə aparılıb. Təkliflər paketi, həmçinin xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinə, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinə təqdim edilib”.
Fondun hazırladığı təkliflər paketinə aşağıdakılar daxildir:
– QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələri ilə əlaqədar Arayış
– “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrant haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Apərbaycan Respublikasının Qanunu
– “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə Müqayisəli cədvəl
– “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə Müqayisəli cədvəl
– İnzibat Xətalar Məcəlləsi üzrə Müqayisəli arayış
Təkliflər Paketi ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button