Ölkə içi

Qırmızı Xaçın həkimləri Saleh Rüstəmovu müayinə edib

Bu gün, dekabrın 17-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin həkimləri müalicə müəssisəsində saxlanılan siyasi məhbus Saleh Rüstəmovu müayinə ediblər. 

Bu barədə “Turan”-a vəkil Bəhruz Bayramov bildirib.

“Qırmızı Xaç həkmləri bildiriblər ki, uzunmüddətli aclıq ciddi fəsadlar verib və Saleh Rüstəmova aylarla normal şəraitdə müalicə lazımdır. Amma elə fəsadlar da var ki, artıq müalicə mümkünsüzdür”, – Bayramov deyib.

Vəkilin sözlərinə görə, Rüstəmov çox zəifdir və otaqdan çıxa bilməyib. “Telefonla danışdıq, müəyyən müalicə alır”, – deyə o bildirib.

AXCP fəalı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Saleh Rüstəmov azadlığa buraxılması tələbilə noyabrın 6-dan dekabrın 16-dək aclıq aksiyası keçirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button