Ölkə içi

Ruslan Əmirli yenidən istintaqa çağırılıb

AXCP sədrinin ictimai əsaslar üzrə mühafizəçisi Ruslan Əmirli bu gün saat 10-da Baş Prokurorluğun İstintaq Təcridxanasında dindirilib. JAMAZ.İNFO xəbər verir ki, o, sədrin digər ictimai əsaslar üzrə mühafizəçisi, hazırda siyasi məhbus həyatı yaşayan Niyaməddin Əhmədovun barəsində qaldırılmış cinayət işi üzrə şahid qismində dindirilib.

R. Əmirli bir neçə saat şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Eyni zamanda, R. Əmirli saat 16-00-da yenidən İstintaq idarəsinə dəvət edilib. O, cinayət işi üzrə şahidlərdən biri ilə üzləşdiriləcək.

Qeyd edək ki, R, Əmirlinin barasində 14-15 iyulda keçirilən Qarabağ yürüşü üzrə cinayət işi başlanıb, haqqında təqsirləndirilən şəxs qismində qərar verilərək axtaraşa verilib. Bir müddət sonra o, xüsusi əməliyyat nəticəsində saxalanılıb, haqqında polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button